Azərbaycanın strateji valyuta ehityatları 50 mlrd. dollara yaxınlaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin yekunlarına əsasən (2021-ci ilin yanvarın 1-nə) Azərbaycanın strateji valyutan ehtiyatları 49 933,7 mln. ABŞ dolları təşkil edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2020-ci il ərzində ölkənin strateji valyutan ehtiyatları 0,7% və ya 352,4 mln. dollar artıb. Hazırda strateji valyutan ehtiyatları ÜDM-in 117,2%-ni təşkil edir. Halbuki 2019-cu ildə bu göstərici ÜDM-in 103,2%-nə bərabər idi.
"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə qeyd olunmuşdu ki, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının gözlənilən ÜDM-in 117,9%-ni təşkil edəcək.
Ad - 00:34ƏTRAFLIOptimal SərfəlidirBundan əvvəl, Mərkəzi Bankın dərc etdiyi məlumatda isə qeyd olunmuşdu ki, profisitli xarici ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd. dolları ötüb və valyuta ehtiyatları illik ÜDM-i üstələməkdə davam edir.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...