Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracı üzrə liderlər müəyyən edilib

Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracı üzrə liderlər müəyyən edilib
Foto
İqtisadiyyat 5

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac edilən qeyri-neft məhsullarının ümumi dəyəri 529,882 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 572,9 milyon ABŞ dolları və ya 7,51 % azdır.

BAKU.WS report-a iatinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 24,21 % payla "SOCAR Polymer" MMC başçılıq edib.

İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:

Şirkət

2026-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları)

2025-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları)

Faiz fərqi

"SOCAR Polymer" MMC

128,3

129

-0,54%

"AzerGold" QSC

126,6

100,3

26,22%

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

120

211,6

-43,29%

"Azəralüminium" MMC

98,3

67

46,72%

"Azərpambıq ASK" MMC

34

19,4

75,26%

SOCAR-ın Qaz İxrac İdarəsi

7,7

34,5

-77,68%

"Azərbaycan Hava Yolları" QSC

7,5

7,5

-

"AzərEnerji" ASC

6,3

3,6

75%

"Naxçıvan Enerji" MMC

0,697

0

-

"SOCAR CAPE" MMC

0,485

0

-

Hesabat dövründə Azərbaycanın qeyri-neft ixracı 16,9 % artaraq 1,9 milyard ABŞ dollarına çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər