Azərbaycanın dövlət borcu açıqlanıb
Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 24 milyard 464,7 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 18,7 %-i qədər olub.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 8,1 % azdır.
Dövlət borcunun 4 milyard 689,3 milyon ABŞ dolları və yaxud 7 milyard 971,8 milyon manatı xarici (ÜDM-in 6,1 %-i qədər), 16 milyard 492,9 milyon manatı isə daxili (ÜDM-in 12,6 %-i qədər) dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 7,6 % və 8,4 % azdır.
Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat xərc nəzərdə tutulub. I rübdə daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manat ödənilib.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərin bərpasına 386,2 milyon manat xərclənib
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində 2026-cı ilin I rübündə sifarişçi qurumların təqdim etdiyi kassa sifariş sənədləri əs...