Azərbaycanın çiyələk ixracından nə qədər qazandığı məlum oldu

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumilikdə 27 milyon ABŞ dolları dəyərində çiyələk ixrac olunub.
BAKU.WS-in məlumatına əsasən, bu rəqəmlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyul ayı üzrə təqdim etdiyi "İxrac icmalı"nda qeyd olunub.
Statistik göstəricilərə əsasən, cari ilin ilk yarısında çiyələk ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 milyon dollar və ya təxminən 20 faiz artım nümayiş etdirib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 22,5 milyon dollar təşkil etmişdi.
Bundan əlavə, 2025-ci ilin ilk altı ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixrac həcmi də artaraq 1,8 milyard ABŞ dollarına yüksəlib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,9 faizlik artım deməkdir.
Oxşar xəbərlər
SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı yeni istiqrazlara görə növbəti kupon ödənişini həyat...