Azərbaycandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq

Azərbaycandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq
İqtisadiyyat 90

Avqust ayında Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə nəqli qaz kəmərinə texniki xidmət göstərilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılacaq.

BAKU.WS "APA"ya istinadən xəbər verir ki, avqustun 14-dən 28-dək Şahdəniz-Türkiyə qaz kəmərində aparılacaq planlı texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi 14 gün ərzində mümkün olmayacaq.

Bildirilir ki, planlaşdırılan cari texniki qulluq və təmir işləri zamanı ölkənin qazpaylayıcı şəbəkəsində tələb və təklif balansında hər hansı problem gözlənilmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər