Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb

Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
İqtisadiyyat 110

Ötən il Azərbaycandan Rusiya Federasiyasına fiziki şəxslərin pul köçürmələrinin həcmi 57,988 milyon ABŞ dolları təşkil edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Qeyd edilib ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,196 milyon ABŞ dolları və ya 21,8% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Rusiyanın payı 11% təşkil edib.

Həmçinin ötən il Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,753 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.

2023-cü ildə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 74,184 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,047 milyard ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.

Son xəbərlər