Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq

02
may
2019
20:21
Yaxın aylarda Neftçala sənaye məhəlləsində “Peugeot 207” avtomobil modellərinin istehsalı başlayacaq.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.Onun sözlərinə görə, istehsal bu ilin yayında başlayacaq:“Avtomat ötürücülər qutusu ilə təchiz edilən avtomobilin qiyməti 17 500 manat təşkil edəcək. Hazırda biz Fransa tərəfi ilə danışıqlar aparırıq və bəzi detalları müzakirə edirik. İstehsala iyul ayının ilk günlərində başlamağı planlaşdırırıq”.O qeyd edib ki, fevral ayından başlayaraq Neftçala sənaye məhəlləsində “Peugeot 407” modellərinin yığılmasına start verilib və istehsal olunan avtomobillər daxili bazarda 17 500 manatdan satışa çıxarılıb.Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan "Peugeot"ları MDB-yə satacaq - Qiymət 17
"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda "Khazar" adı altında istehsal olunan "Peugeot" markalı avtomobillər artıq bir sıra dövlət v...
