Azərbaycanda SES-lərdə enerji istehsalı 52%-dən çox artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda su elektrik stansiyalarında (SES) elektrik enerjisinin istehsalı 669,6 milyon kVt·st olub.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, SES-lərdə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 230,3 milyon kVt·st və ya 52,4% artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda SES-lərdə elektrik enerjisinin istehsalı 439,3 milyon kVt·st olub.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 milyon kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 129,3 milyon kVt·st olub.
Cari ilin hesabat dövründə İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...