Azərbaycanda qeyri-neft sektorunda əmək müqavilələrinin sayı bir milyonu keçib
"Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı bir milyonu keçib".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87% artıb:
"Ümumi əmək müqavilələrinin 55%-ə yaxını bu sektorun payına düşür".
M.Cabbarovun sözlərinə görə, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əməkhaqlarının "ağardılması" və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və yeddiillik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,3 ABŞ dolları və ya 1,28 % azalaraq 99,48 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...