Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 3 %-dən çox artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 992,8 milyon manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,2 % çoxdur.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 51,4 % olub.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 61,1 %-ni və yaxud 9 milyard 167 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,7 %-ni və yaxud 4 milyard 748 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 %-ni və yaxud 480,2 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,8 %-ni və yaxud 563,1 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və yaxud 34,5 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...