Azərbaycanda pul ən çox bu sahəyə XƏRCLƏNİR

Azərbaycanda pul ən çox bu sahəyə XƏRCLƏNİR
İqtisadiyyat 146

Deputat Vüqar Bayramov sosial şəbəkə hesabında ölkədə istehlak xərcləri ilə bağlı göstəriciləri açıqlayıb.

BAKU.WS xəbər verir ki, onun paylaşımına əsasən, 2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq məhsul satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artım deməkdir.

Məlumata görə, hesabat dövründə 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları alınıb. Bu isə o deməkdir ki, vətəndaşlar xərclərinin təxminən 55 faizini ərzağa yönəldir.

Qeyd olunub ki, cari ilin ilk rübündə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artıb.

Eyni zamanda bəzi sahələrdə daha yüksək artım qeydə alınıb. Belə ki, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə istehlak 32,6 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25,4 faiz artıb. Deputat bildirib ki, dərmanlara xərclərin artması həm tələbatın yüksəlməsi, həm də qiymətlərin bahalaşması ilə bağlıdır.

Son xəbərlər