Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Azərbaycanda problemli kreditlərin həcmi azalıb
İqtisadiyyat 150

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 922,9 milyon manat təşkil edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, dekabrın 1-nə olan göstəricilərə əsasən, bu əvvəlki ayla müqayisədə 8,3 faiz azdır.

Eləcə də, ilin əvvəli ilə müqayisədə kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 29,4 faiz azalıb.

Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi 655,9 milyon manat, xarici valyutada isə 267 milyon manat olub.

Qeyd edək ki, bu kreditlər ümumi kredit qoyuluşlarının 6,3 faizini təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər