Azərbaycanda pikap tipli avtomobillər istehsal olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərmaş" ASC gələn il "Khazar" brendi altında pikap tipli avtomobillərin iki modelinin istehsalına başlayacaq.
BAKU.WS xəbər verir ki, bunu APA-ya "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, bu avtomobillərin istehsalına gələn ilin yarısınadək başlanılacağı nəzərdə tutulur: "Ümumiyyətlə, müəssisənin istehsal prosesinə dair cari ilə bir çox planlar var idi. Lakin pandemiya səbəbindən onlar gələn ilə təxirə salındı. Planlara "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırılması daxil idi ki, biz buna gələn il nail olmaq niyyətindəyik".
ASC-nin rəhbəri əlavə edib ki, ümumilikdə, "Khazar" avtomobilləri üzrə builki istehsal həcmi təqribən ötən ilin göstəricisinə çatıb: "Cari ildə 1 800-dən çox avtomobil istehsal olunub, ötən il isə bu rəqəm 2 000-ə yaxın idi".
Oxşar xəbərlər
Bu avtomobil ehtiyat hissələrinin gömrük rüsumlarından azad edilməsinə aydınlıq gətirildi
Nazirlər Kabineti Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixr...