Azərbaycanda noyabrda mobil bankçılıq əməliyyatlarının ümumi dəyəri 36 % artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin noyabr ayında Azərbaycanda müştərilərin internet bankçılıq vasitəsi ilə əməliyatlarının ümumi dəyəri 21,005 milyard manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 21,2 %, ilin əvvəlinə nisbətən 19,1 %, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 10,2 % azdır.
Hesabat dövründə internet bankçılıqla aparılan əməliyyatların sayı isə illik müqayisədə 31,8 % artaraq 2,479 milyona çatıb.
Noyabrda istifadəçilər tərəfindən mobil bankçılıqla 6,145 milyard manat dəyərində 78,023 milyon əməliyyat aparılıb. Bu da, 2024-cü ilin noyabr ayı ilə müqayisədə müvafiq olaraq 36 % və 41,7 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...