Azərbaycanda maşın və avadanlıqların təhlükəsizlik dövriyyəsinə dair tələblər müəyyənləşib
Azərbaycanda "Maşın və avadanlıqların təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu reqlament istehlak bazarında maşın və avadanlıqlarla bağlı hazırlanma (layihələndirilmə), istehsal, montaj, sazlanma, istismar, saxlanma, daşınma, satış və utilizasiya zamanı tətbiqi və icrası məcburi olan vahid tələblərin müəyyən edilməsi, istehlak bazarında dövriyyəyə buraxılan maşın və avadanlıqların sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Bu sənəd "Texniki tənzimləmə haqqında" qanuna uyğun olaraq maşın və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
Oxşar xəbərlər
Xorvatiya Azərbaycandan neft idxalını 14 %-ə yaxın azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Xorvatiyaya 1 milyon 187 min 550,72 ton xam neft ixrac edib. BAKU.WS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi x...