Azərbaycanda kredit faizləri artıb

Azərbaycanda kredit faizləri artıb
İqtisadiyyat 78

Mərkəzi Bankın açıqladığı sonuncu məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 13,65% olub.

BAKU.WS Yeniavaz.com-a istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 0,91 faiz bəndi artıb.

Qeyd edək ki, ötən ilin iyun ayının əvvəlinə olan məlumatda göstərilib ki, kreditlər üzrə orta faiz dərəcəsi 12,74% olub.

Qeyd edək ki, son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 14,40%-dən 15,04%-ə, xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 5,34%-dən 5,66%-ə yüksəlib.

Onu da bildirək ki, verilən kreditlərin 76%-dən çoxu (28,4 milyard manat) paytaxt Bakının payına düşüb və burada verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,29% olub.

Regionlarda isə kredit faizləri daha yüksək olub. Ən yüksək kredit faizi Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb - 19,74%. Ən aşağı kredit faizi isə Naxçıvan iqtisadi rayonunda olub. Naxçıvanda kreditlər üzrə orta faiz dərəcəsi 14,84% təşkil edib.

Son xəbərlər