Azərbaycanda istehsal olunan avtomobillərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin yanvar-mart aylarında ölkədə 439 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 ədəd çox minik avtomobili istehsal olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən bildirilib.
Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-mart aylarında 124,0 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 23,0 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 38,9 faiz artıb.
Oxşar xəbərlər
Azərbaycan minik avtomobili istehsalını 21 % azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 329 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları ist...