Azərbaycanda geniş pul kütləsi artıb
27
iyn
2023
23:00
Bu il iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 41 milyard 371,8 milyon manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nisbətən 3,4 % azalıb, aylıq müqayisədə 0,5 %, il ərzində isə 11,8 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin iyunun sonuna 30 milyard 368,8 milyon manat təşkil edib. Bu, 2023-cü ilin mayın sonuna olan analoji göstəricidən 0,6 %, ilin əvvəlinə nisbətən 2,7 %, illik müqayisədə isə 19,7 % çoxdur.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...