Azərbaycanda əmanətlərin dollarlaşması yenidən artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin aprelin 1-nə Azərbaycan əhalisinin (fiziki şəxslərin) ölkə banklarındakı əmanətlərinin həcmi 10,372 mlrd. manat manat təşkil edib ki, bu da illik müqayisədə 27,3% çoxdur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, əmanətlərin 42,3%-i xarici valyutadadır, bu da aylıq müqayisədə 1,91 faiz bəndi çox olsa da, illik müqayisədə 8,04 faiz bəndi azdır. İlin əvvəlindən əmanətlərinin dollarlaşması 1,29 faiz bəndi artıb.
Xatırladaq ki, bu il yanvarın 31-nə əmanətlərin dollarlaşması 39,3%-ə bərabər olub ki, bu da 2013-cü ilin dekabr ayından bəri qeydə alınan ən aşağı səviyyəyə kimi müəyyən edilib.
Oxşar xəbərlər
Əhali banklardan əmanətlərini geri çəkir: Bir aya 50 milyon manata yaxın vəsait götürüldü
2021-ci ilin sentyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 24 791 900 000 manat olub. BAKU.WS "Oxu.Az"a i...