Azərbaycanda elektrikdoldurma məntəqələrinin sayı AÇIQLANDI

"Bu ilin 9 ayında Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb".
BAKU.WS xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində bildirib.
O qeyd edib ki, bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir:
"Hazırda ölkə üzrə quraşdırılmış 184 elektrikdoldurma məntəqəsi var. Azərbaycan son illər dayanıqlı nəqliyyat sektorunun yaradılmasında böyük addımlar atıb. Rəqəmsallaşdırma nəqliyyat keyfiyyətinin yüksəldilməsi üçün böyük rol oynayır.
Paris sazişinə qoşulan ölkə kimi daha dayanıqll gələcək üçün konkret addımların atılmasını vacib hesab edirik. Qarşıdan gələn ildə dəmir yolu üçün 7 yeni qatarla yenilənməsi aparılan işlərin təzahürüdür. Azərbaycan hökuməti hərəkət təhlükəsizliyinin təmin olunması, ekoloji təmiz nəqliyyat vasilərindən istifadə edilməsi və sair layihələri həyata keçiriləcək".
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən meyvə və tərəvəz məhsullarının idxalına çəkdiyi xərci 25 %-dən çox azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,861 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar M...
