Azərbaycanda ƏDV üzrə əməletmə boşluğu 7,92 faiz təşkil edib
Yeniliklərdən dərhal xəbərdar olun
025-ci ildə Azərbaycanda "ƏDV üzrə əməletmə boşluğu" 7,92 % təşkil edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatında bildirilib.
Sənədə əsasən, bu göstərici 2024-cü illə müqayisədə 0,22 faiz bəndi az, 2019-cu illə müqayisədə isə 12,8 faiz bəndi azdır.
"ƏDV üzrə əməletmə boşluğu" hesablanmalı potensial ƏDV ilə faktiki yığılan ƏDV daxilolmaları arasındakı fərqdir. Başqa sözlə desək, ƏDV boşluğunun azaldılması "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin və şəffaf vergi inzibatçılığının gücləndirilməsi nəticəsində yaranan haqlı rəqabət mühitinin təşviqi üzrə mühüm göstəricilərdən biridir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...