Azərbaycana buğda idxalı 55 %-dən çox artıb

19
iyn
2025
14:51
Bu ilin yanvar-may aylarında Azərbaycana 510 min 430 ton buğda idxal edilib.
BAKU.WS Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 110 milyon 435 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 181 min 888 ton (55,3 %), dəyər baxımından isə 37 milyon 759 min ABŞ dolları (51,9 %) çoxdur.
Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,1 %-ini təşkil edib.
Oxşar xəbərlər
"Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" adlı beynəlxalq tədbir keçirilib
İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən "Sənaye 4.0 Forumu - Gələcəyin...