Azərbaycana bu ölkədən gələn turistlərin sayı artıb - RƏSMİ

Azərbaycana bu ölkədən gələn turistlərin sayı artıb - RƏSMİ
İqtisadiyyat 171

"2025-ci ilin yanvar-noyabr ayları ərzində ölkəmizə ən çox Rusiya, Türkiyə, İran, Hindistan, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Pakistan, Çin, İsrail, Özbəkistan, BƏƏ və digər ölkələrdən xarici ziyarətçilər gəlib".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən (DTA) bildirilib.

Həmçinin qeyd edilib ki, turizm bazarları üzrə aparılan diversifikasiya tədbirləri nəticəsində ənənəvi bazarlarla yanaşı, ölkəmiz Ərəb Körfəzi, Mərkəzi Asiya, Asiya, Uzaq Şərq və Avropa kimi regional mənbə bazarlardan ziyarətçilər qəbul etməkdədir:

"Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Şimal-Şərqi Asiya ölkələrindən gələnlərin sayında 33%, Mərkəzi Asiya ölkələrindən səfər edənlərin sayında təxminən 23%, Qərbi Avropa ölkələrindən gələnlərin sayında 3% artım, o cümlədən İsrail vətəndaşlarının sayında 2 dəfə, Çin vətəndaşlarının sayında 1.4 dəfə, Qazaxıstan vətəndaşlarının sayında 20%, Özbəkistan vətəndaşlarının sayında isə 39% artım qeydə alınıb".

Orxan Hüseyn

Son xəbərlər