Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.
O, rumıniyalı həmkarı Marius Lazurka ilə məhsuldar görüş keçirdiyini bildirib:
"Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiq edərək ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi cəhətdən ən yaxın olan Avropa İttifaqı üzvü dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik".
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...