Azərbaycan və Macarıstan alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstanın "Hell Energy" şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında bildirib.
Onun sözlərinə görə, sənədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imza atılıb. Müqaviləyə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək.
"Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.
At the ceremony attended by Peter Szijjártó, the Minister of Foreign Affairs and Trade of Hungary, a shareholders agreement was signed between Azerbaijan Investment Company JSC (@AIC_OSJC) and Hell Energy company of Hungary. According to the agreement, an aluminum beverage can… pic.twitter.com/fJD2Ezb7Gz
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 10, 2023
Oxşar xəbərlər
Azərbaycan və Macarıstan əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO
Azərbaycan və Macarıstan arasında əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitt...