Azərbaycan və Gürcüstan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları"nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.
Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər.
Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.
Xatırladaq ki, nazir M.Kvrivişvili bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib, həmçinin nazir ölkənin yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...