Azərbaycan və ICCIA nümayəndələri iqtisadi-ticari əlaqələrin genişləndirilməsini müzakirə ediblər - FOTO
Azərbaycan və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (@ICCIA_EN) prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə #iqtisadi-#ticarət… pic.twitter.com/8VLbxgw0yG
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2023
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...