Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Çad Respublikası arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq potensialının reallaşdırılması imkanları müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
Müzakirələr nazirin İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində Çadın dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşündə baş tutub.
İslam İnkişaf Bankı Qrupunun (@isdb_group) İllik Toplantıları çərçivəsində Çad Respublikasının dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin (@TahirHamidN) ilə görüşdük.#Ticarət, #investisiya, #enerji,… pic.twitter.com/yVaMncbWRn
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 16, 2026
Oxşar xəbərlər
Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
Trans-Adriatik Boru Kəməri (TAP) indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib. BAKU.WS xəbər verir ki, bu barədə İtaliyanı Respublika Günü münasibə...