Azərbaycan ÜTT-yə üzv olmasına hazırlıq çərçivəsində növbəti addımlarını razılaşdırıb
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın növbəti iclasında bu sahədə görülən işlər müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın iclasında həmkarlarla birlikdə bu sahədə görülən işləri müzakirə etdik. Rəqabətqabiliyyətli yerli istehsalın inkişafı və ixrac imkanlarının genişləndirilməsi kimi istiqamətləri nəzərdən keçirərək təşkilata üzvolma prosesi çərçivəsində aparılan danışıqlarda atılacaq növbəti addımları qərarlaşdırdıq", - paylaşımda bildirilib.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (@wto) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın iclasında həmkarlarla birlikdə bu sahədə görülən işləri müzakirə etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 5, 2025
Rəqabətqabiliyyətli yerli istehsalın inkişafı və ixrac imkanlarının genişləndirilməsi kimi istiqamətləri… pic.twitter.com/PqAMHuvtSA
Qalereya
Oxşar xəbərlər
Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər
Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat v...