Azərbaycan tərəfdaşları ilə SGC-nin genişləndirilməsi imkanlarını müzakirə edir

Azərbaycan tərəfdaşları ilə SGC-nin genişləndirilməsi imkanlarını müzakirə edir
İqtisadiyyat 4

Azərbaycan Avropaya qaz tədarükünün artırılması məqsədilə Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi imkanlarını tərəfdaşları ilə müzakirə edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunan "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün Avropa tərəfdaşlarının uzunmüddətli qaz alış müqavilələri üzrə öhdəlik götürməsi və genişlənmə işlərinin maliyyələşdirilməsində iştirak etməsi vacibdir:

"Azərbaycanın qaz hasilatının artırılmasına xidmət edən bir sıra layihələr də icra olunur. Hazırda "Şahdəniz Kompressiya" layihəsi davam etdirilir. Bununla yanaşı, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından ilk qeyri-assosiasiyalı qazın hasilatına başlanılıb. "Babək" strukturu, "Abşeron" yatağının tammiqyaslı işlənməsi və digər layihələr yaxın illərdə bazara əlavə qaz həcmlərinin çıxarılmasına imkan verəcək. Həmin qaz həcmləri həm ölkənin daxili tələbatının ödənilməsinə, həm də ixrac imkanlarının genişləndirilməsinə yönəldiləcək".

R. Nəcəf qeyd edib ki, Azərbaycan uzunmüddətli perspektivdə qaz hasilatını artırmağa və region ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər