Azərbaycan Rusiyadan elektrik enerjisi idxalını artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə Azərbaycandan Rusiyaya 98,326 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 4,038 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 60,2 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 4,051 milyon ABŞ dolları, yaxud 2 dəfə azalıb.
Eyni zamanda, 2025-ci ildə Rusiyadan Azərbaycana 3,339 milyon ABŞ dolları dəyərində, 93,085 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 726 min ABŞ dolları və ya 1,3 dəfə, həcm ifadəsində isə 6,3 milyon kVt/saat və ya 7,3% çoxdur.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat elektrik enerjisi idxal edib.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...