Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 ABŞ dolları götürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 198 ABŞ dolları və yaxud 81,8 % çoxdur.
"Azeri Light" markalı Azərbaycan neftinin büdcə qiyməti isə əvvəlcədən elan olunduğu kimi 5 ABŞ dolları azaldılaraq 70 ABŞ dollarından 65 ABŞ dollarına endirilib.
Oxşar xəbərlər
Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib. BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında...