Azərbaycan-Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan–Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin Daşkənddə ofisi yerləşir, yaxın vaxtlarda Bakıda da ofis fəaliyyətə başlayacaq.
"Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir və eyni zamanda, biz özbək biznesinin bizim bazara böyük marağının şahidi oluruq. Bu istiqamətdə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya şirkətin fəaliyyəti mühüm rol oynayır, yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 449,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər o...