Azərbaycan neftinin qiyməti bu ilin rekordunu təzələyib

26
okt
2021
11:48
Azərbaycan neftinin qiyməti bahalaşıb.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,5 dollar artaraq 88,19 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (87,13) qeydə alınmışdı. Ekspertlərin fikrincə, neftin bahalaşmasının səbəblərindən biri bu həftənin sonunda Avropa İttifaqı ilə İran arasında danışıqların keçirilməsinə dair xəbərlərin yayılması olub.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...
