Azərbaycan neftinin qiyməti BAHALAŞDI

Dünya bazarındakı məlumatlara əsasən, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,63 ABŞ dolları (yaxud 0,83%) artaraq 76,54 ABŞ dollarına çatıb.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti isə 73,52 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dolları səviyyəsində müəyyən edilib.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycanda neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda həyata keçirilir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Oxşar xəbərlər
Azərbaycan Fransaya neft ixracını 84 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Fransaya 165 min 146,12 ton xam neft ixrac edib. Bu miqdarda məhsulun dəyəri 83 milyon 452,4 min ABŞ dolları təşkil...
