Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları və ya 1,26 % artaraq 96,68 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,03 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,36 % artaraq 93,04 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Oxşar xəbərlər
Bu ölkə Azərbaycandan neft alışını 3 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Tunisə 368 min 916,3 ton xam neft ixrac edib. BAKU.WS "Report"a istinadən verdiyi xəbər verir ki, bu miqdarda məhsulun...