Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,1 ABŞ dolları və ya 1,51 % artaraq 74,02 ABŞ dollarına çatıb.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 72,23 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli 0,51 ABŞ dolları və ya 0,71 % bahalaşaraq 72,74 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycan neftinin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir və bu layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.
Oxşar xəbərlər
Qızılın qiyməti yeni rekord vurdu
Qızıl bahalaşmaqda davam edir. Bu barədə "Comex" birjası məlumat yayıb. Belə ki, qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni...
