Azərbaycan neftinin qiyməti 72 dollar həddini keçdi

Azərbaycan neftinin qiyməti 72 dollar həddini keçdi
İqtisadiyyat 113

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti artaraq 72,17 ABŞ dollarına çatıb. Bu, əvvəlki göstəricidən 0,32 dollar və ya 0,44 faiz yüksəkdir.

Hərrac nəticələrinə əsasən, "Brent" markalı neftin avqust ayı üzrə fyuçerslərinin qiyməti 69,67 dollar səviyyəsində qeydə alınıb.

Eyni zamanda Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 0,35 dollar və ya 0,49 faiz artaraq 70,95 dollar olub.

Qeyd edək ki, Azərbaycan 2025-ci il dövlət büdcəsini tərtib edərkən neftin bir barelinin orta qiymətini 70 dollar səviyyəsində götürüb.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də - 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 dollar olub. Azərbaycanın əsas neft hasilatı "Azəri-Çıraq-Günəşli" yataqlar bloku vasitəsilə həyata keçirilir. Bu layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Son xəbərlər