Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında Azərbaycan neftinin "Azeri Light" markasının bir bareli 2,53 ABŞ dolları və ya 3,82 % bahalaşaraq 68,82 dollara yüksəlib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Beynəlxalq hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyul ayı üzrə fyuçersləri hazırda 66,83 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB (gəmi göyərtəsində təhvil) bazasında "Azeri Light" neftinin bir bareli 2,52 dollar və ya 3,87 % artaraq 66,61 dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" neftinin indiyə qədər ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.
Azərbaycan neftinin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir. Bu müqavilə çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) layihədə 31,65 % paya sahibdir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...