Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 2,06 % artaraq 64,94 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 62,74 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 2,21 % artaraq 63,34 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər
Qızıl ucuzlaşa bilər - Səbəb
Hindistanla Pakistan arasında artan gərginlik fonunda dünya bazarlarında qızılın qiymətinin enə biləcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Gaidar İ...