Azərbaycan neftinin qiyməti 3 dollardan çox aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,23 % azalaraq 76,38 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 72,11 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,27 ABŞ dolları və ya 4,22 % azalaraq 74,08 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
ESCAP Mərkəzi Asiya və Azərbaycanın enerji sistemlərinin inteqrasiyasının mərhələli modelini təklif edir
Mərkəzi Asiyanı Azərbaycanla birləşdirəcək Transxəzər yaşıl dəhlizi bərpa olunan enerji mənbələrindən (BOEM) istehsal edilən artıq elektrik enerjisinin ixracı ü...