Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA ÇATIR
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 141,37 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 11,07 ABŞ dolları və ya 8,92 % artaraq 135,15 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti sonuncu dəfə 2008-ci ilin iyul ayında 141 dolları keçib.
Oxşar xəbərlər
Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir
Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir. BAKU.WS xəbər verir ki, tədbirdə Asiyanın turizm bazarlarını təmsil edən şirkətlərin nümayəndələ...