Azərbaycan nefti yenidən yüksəldi – 70 dollarlıq hədd qorundu

Dünya bazarında Azərbaycan neftinin qiymətində artım müşahidə edilib. Belə ki, "Azeri Light" markalı neftin bir bareli 0,8 ABŞ dolları və ya 1,15 % bahalaşaraq 70,54 ABŞ dollarına çatıb.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərrac nəticələrinə əsasən, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 68,91 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir bareli 0,82 ABŞ dolları (1,2 %) artaraq 68,24 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları olub. Neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan həyata keçirilir və SOCAR-ın müqavilədə payı 31,65 % təşkil edir.
Oxşar xəbərlər
SOCAR və Çinin "Seven LTD" şirkəti arasında Çərçivə Sazişi imzalanıb
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası "Seven LTD" arasında Çərçivə Sazişi imzalanıb. BAKU.WS xəbə...
