Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 ABŞ dolları və ya 0,35 % azalaraq 115,93 ABŞ dolları təşkil edib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 111,2 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,31 ABŞ dolları və ya 0,27 % azalaraq 113,3 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Minimum əməkhaqqı ilə bağlı VACİB XƏBƏR: 700 min nəfərin maaşı arta bilər!
Deputat Vüqar Bayramov minimum əməkhaqqının artırılması ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son dövrlər vətəndaşlardan minimum əməkhaqqının...