Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin bir bareli 0,63 ABŞ dolları və ya 0,9 % bahalaşaraq 70,79 ABŞ dollarına yüksəlib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin avqust fyuçerslərinin dəyəri 68,85 dollar olub.
Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli isə 0,66 dollar və ya 0,96 % artaraq 69,50 dollara satılıb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir bareli üçün orta qiymət 70 dollar olaraq nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" neftinin indiyədək ən aşağı qiyməti 2020-ci ilin 21 aprelində (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Ölkədə neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokuna əsaslanır. Bu layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
Oxşar xəbərlər
Neft qiymətləri bahalaşır: 100 dollara çata bilərmi?
İyunun 18-də beynəlxalq enerji bazarlarında neft qiymətlərində mülayim artım müşahidə olunub. BAKU.WS-in məlumatına görə, "ICE London" qitələrarası birjasında...
