Azərbaycan nefti bahalaşır
Yeniliklərdən dərhal xəbərdar olun
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 27-də 107,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 106,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 102,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
Oxşar xəbərlər
Dünya birjalarında neft qiymətləri dəyişib
Dünya birjalarında neft qiymətləri dəyişib. BAKU.WS xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir bar...