Azərbaycan karbamid ixracından gəlirlərini 61%-dən çox artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 100,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.
Bu barədə BAKU.WS İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı "İxrac icmalı"nın avqust sayına istinadən xəbər verir.
Məlumata görə, karbamid ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 milyon ABŞ dolları və ya 61,3% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...