Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
15
iyl
2025
18:18
Bu ilin iyun ayında Azərbaycanda orta gündəlik neft hasilatı 464 min barel təşkil edib.
Bu barədə "Report" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı may ayının səviyyəsində qalıb.
Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, iyun ayında faktiki hasilat kvotadan 87 min barel aşağı olub.
Ötən il Azərbaycanda orta gündəlik neft hasilatı 482 min barel təşkil edib.
Oxşar xəbərlər
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır
Dünya Bankı sentyabrda Orta Dəhlizə həsr olunmuş ikinci hesabatını dərc etməyi planlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dünya Bankının Avr...