Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Cari ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən BAKU.WS-ə bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanda bu şəslərə vergi güzəşti tətbiq ediləcək - RƏSMİ
Kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının i...