Azərbaycan innovativ inkişaf reytinqində 2 pillə irəliləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan bu il innovativ inkişaf reytinqini əks etdirən "Global Innovation Index 2020" hesabatında 131 ölkə arasında 82-ci yeri tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ötən il ölkəmiz sözügedən reytinqdə 84-cü pillədə qərarlaşmışdı.
Hesabata əsasən, bu il siyahıda ilk 10-luqda İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya, Hollandiya, Danimarka, Finlandiya, Sinqapur, Almaniya və Cənubi Koreya qərarlaşıb.
İran siyahıda 67-ci, Gürcüstan 63-cü, Ermənistan 61-ci, Türkiyə 51-ci, Rusiya isə 47-ci yeri tutub.
"Global Innovation Index 2020" 2008-ci ildən yayımlanır, "Global Innovation Index", "INSEAD Business School", "Jhonson University of Cornell" və WIPO (World Intellectual Property Organization) tərəfindən hazırlanır.
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - FOTO
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...